Accessibility links

Bazar günü Los Ancelesdə keçirilən 59-cu Grammy Mükafatı mərasimində Adel ilin albomu, ilin yazısı və ilin mahnısı kateqoriyalarında üç mükafatın qalibi olub.

Britaniyalı müğənni 25 albomu və "Hello" adlı best-seller mahnısı ilə amerikalı pop ulduzu Beyonseni geridə qoyur.

Lakin Hello mahnısına görə ilin yazısı kateqoriyasında mükafatı almaq üçün səhnəyə çıxan Adel superulduz sənət yoldaşı haqda gözəl sözlər deyib.

“Mənim arzum və idolum Queen B-dir və mən səni çox sevirəm. Sən hər bir gün mənim ruhumu dinlədirsən və bunu 17 ildir ki, edirsən. Mən sənə pərəstiş edirəm və əzizim kimi sevirəm” deyə Adel bildirib.

Beyonse evə əliboş getməyib. O, ən yaxşı müasir şəhər albomu kateqoriyasında Lemonade albomuna görə qalib oldu.

“Biz hər birimiz ağrı və itki keçiririk və tez-tez biz eşidilməz oluruq. Bu film və albomu yaratmaqda mənim məqsədim bizim səsimiz, bizim mübarizəmiz, yaşadığımız zülmət və bizim tariximizə səs verə biləcək, bizi narahat edən problemləri qarşılaya biləcək bir sənət işi yaratmaq idi,” deyə Beyonse bildirib.

İllik musiqi mükafatı şousu möhtəşəm musiqi gecəsi hesab edilir və bazar günü keçirilən bu mərasim layiqli keçirildi. Budəfəki mərasimdə çoxsaylı ifalar və mükafatlar yer aldı. Hamilə olduğu aydın görünən Beyonsenin ifası və Bruno Marsinin əfsanəvi müğənni Prinsi xatırlatması şouya rəng qatdı.

XS
SM
MD
LG