Accessibility links

Culiya Roberts beşinci dəfə “Dünyanın ən Gözəl Qadını” elan edilib


People jurnalına istinadən “Pretty Woman” filminin ulduzu Culiya Roberts “Dünyanın ən Gözəl Qadını” elan edilib.

Culiyanın şəkli 2017-ci ilin ən gözəl qadını qismində People jurnalının üz qabığına çıxıb. Karyerası dövründə bu, artıq beşinci dəfədir ki, aktrisa “Dünyanın ən Gözəl Qadını” tituluna layiq görülür.

People jurnalına istinadən Culiya bu xəbərə sevinib və hətta lovğalanıb da.

Jurnal yazır ki, aktrisa iki dəfə “Həyatda Olan Ən Seksual Kişi” titulunu qazanan həmkarı Corc Klunidən də irəlidədir.

49 yaşlı Culiya Roberts jurnala zarafatla “Mən növbəti Milad bayramı günü Kluniyə ünvanlayacağım təbrik kartında onu geridə qoyduğumu qeyd edəcəm” deyib.

Ola bilsin ki, Culiyanın gözəl görünməsinə səbəb onun xoşbəxt ailəsi, xüsusilə də Danni Moder ilə evliliyidir. O, həyatın ildən-ilə daha da maraqlı keçdiyini və indi həyatının zirvəsində olduğunu düşündüyünü deyir.

Baxmayaraq ki, Culiya ilk dəfə 26 il əvvəl “Pretty Woman” filmində rol aldıqdan sonra jurnalların üz qabığına çıxıb, aktrisa indi də əvvəlki hisslərini yaşadığını deyir… “Hər dəfə mənim ərim qapıdan içəri girəndə elə bil ki, mən arzularımı yenidən yaşayıram. Mən onun evə gəlməsinə həmişə sevinirəm” deyə Culiya Roberts bildirib.

2017-ci ildə Hollivudda gözəl karyera və uğurlu ailə həyatı. People jurnalı düz yazıb. Bütün bunlar doğurdan da gözəldir.

XS
SM
MD
LG