Accessibility links

Şoubiz Xəbərləri (video)

  • Amerikanın səsi

Şoubiz Xəbərləri (video)

Şoubiz Xəbərləri (video)

Cennifer Lopez və 24 yaşlı yeni sevgilisi

Beyonse

Daily Mail Birtaniya qəzetinə istinadən rəqs video oyun layihəsində işini dayandırdığına görə “Gate Five” video oyun şirkəti hamilə primadonnanı 100 milyon dollar məbləğində cərimə ödəməsi tələbi ilə məhkəməyə verib.

Şoubiz Xəbərləri (video)

Şoubiz Xəbərləri (video)

Qəzet açıqlayıb ki, Beyonse daha çox pul tələb etdikdən sonra gözlənilmədən layihəni tərk edib.Aprel ayında ilk dəfə məhkəməyə verilən ulduz prosesin ləğv edilməsini xahiş edib. Lakin Manhettanın Ali Məhkəməsi “Gate Five” şirkətinin şikayətinə mülki məhkəmədə baxılmasına dair qərar çıxarıb.Beyonsenin vəkili buna etiraz edərək bildirib ki, ulduzun layihəni tərk etməyə hüququ olub. Beləki ki, layihənin maliyyələşdirilməsinə dair möhlət artıq bitmişdi.

Bu mübahisənin necə başa çatacağını bilmirik. Ümüd edirik ki, hamiləlik dövrü yaşayan Beyonse stresdən uzaq ola biləcək.

Cennifer Lopez

Cennifer Lopez keçmiş həyat yoldaşı Mark Antoni ilə yaratdığı Latın İstedadlar şousu üçün Cənubi Amerikada yeni istedadlı gənclər axtarır. Amma Mark onunla deyil. Ola bilsin ki, Cennifer Lopez tək olmadığı üçün Mark onun yanında görünmür. Cennifer Lopez Cənubi Amerikaya Kasper Smart adlı 24 yaşlı yeni rəqqas sevgilisi ilə səfər edir. Keçən ay Markla Cennifer Puerta Rikoda şou üzərində birgə işləsə də, onların arasında gərgin mübahisə baş verib.

Şoubiz Xəbərləri (video)

Şoubiz Xəbərləri (video)

Yəqin Mark səfərini də buna görə ləğv edib və Cenniferlə əməkdaşlığı tam dayandırıb. Məlumatda deyilir ki, Cennifer uşaqları Maks və Emi ilə Mərakeşə səyahət edərkən sevgilisi Kasperi də özü ilə aparıb və bu Markı hövsələdən çıxarıb. Amma görünür 42 yaşlı müğənni özünün bu yeni oyuncağını çox sevir ona görə ki, onu özü ilə sonuncu dəfə Çilidə Santiyaqo şəhərinə aparmışdı. Onu deyə bilərik ki, Mark yəqin bunu belə qoymayacaq.

Cennifer Aniston

Şoubiz Xəbərləri (video)

Şoubiz Xəbərləri (video)

Cennifer Aniston hər dövrün ən seksual qadını elan edilib.

Men`s Health jurnalında Amerikanın ən cazibədar qadınlarının siyahısı dərc edilib. Siyahıda Aniston hətta aktrisa Ancelina Colini də keçib.

Belə ki, aktrisa Ancelina Coli siyahıda 10-cudur. Məqalədə deyilir ki, Jennifer Anistonun komikliyi onu daha cazibədar göstərir.

Bundan başqa “Friends” filminin ulduzunun sadəliyi onu əlçatan edir.

Cenniferdən kimin ən seksual qadın olduğunu soruşduqda isə aktrisa Qloria Steinemin adını çəkib.

XS
SM
MD
LG