Accessibility links

Video klipi ilə sensasiya yaratmış cənubi koreyalı reper Psy öz unikal stilin Parisə gətirib.

Onu qarşılamağa təxminən 20 000 adam gəlib. Etiraf etmək lazımdır ki, YouTube sensasiyası olan Psy-nin bu qədər pərəstişkar toplaması heyranedicidir.

Psy məşhur “Gangnam Style” mahnısını insanlar qarşısında ifa edərək, kütləyə enerji verir.

Biz onunla Nyu-York şəhərindəki səs-yazma şirkətində qarşılaşdıq.


O, Nevada ştatının Las Veqas şəhərində Hard Rock otelində də olduqca gümrah görünürdü.

Kaliforniya ştatında Los-Anceles hava limanında və Avstraliyanın Sidney şəhərində super-ulduz sevinclə qarşılanıb.

Amma etiraf etmək lazımdır ki,onun Parisin məşhur Eifel qülləsi yaxınlığında minlərlə pərəstişkarı qarşısında ifa etdiyi bu gülməli rəqsə baxanda adamın oynamağı gəlir.
XS
SM
MD
LG