Accessibility links

Vaşinqtonda Tətbiqi Sənət Nümunələri Sərgisi keçirilir [Video]


Vaşinqtonda Tətbiqi Sənət Nümunələri Sərgisi keçirilir
please wait

No media source currently available

0:00 0:02:47 0:00
120-dən çox sənətkarın əl işlərinin nümayiş etdirildiyi Tətbiqi Sənət Nümunələri Sərgisi Birləşmiş Ştatlar paytaxtında keçirilir.

Cəki Abrams ənənəvi, gündəlik istifadə edilə bilən zənbilləri 1975-ci ildən toxumağa başlayıb. Bu gün isə o, zənbilləri əsasən qeyri-adi materiallardan hazırlayır. “Bu həlqəvari zənbillər ənənəvi texnikadan istifadə edilərək, parça tullantılarından toxunub. Mən eləcə də, forma vermək üçün qalın kağızlardan və məftillərdən istifadə edirəm. Sonda isə mən bu fiqurların üst qatını qum və digər bərkidici materiallardan istifadə edərək örtürəm.”

Xanım Abrams bunların dekorativ fiqurlar olduğunu deyir. Cəki Abrams əl işlərini Vaşinqtonun Smitsonian Muzeyində nümayiş etdirən 123 sənətkardan biridir. Bu sərgi ölkəboyu keçirilən prestijli sərgilərdəndir. “Bu, mənim 17 ildə dördüncü sərgimdir. Və burada olmaq həyəcanlıdır.”

Bu sərgi özündə şüşədən tutmuş ağaca, hətta kartofadək müxtəlif materiallardan hazırlanmış yüzlərlə təkrarı olmayan eksponatları cizgiləndirir.

Xanım Abrams üçün zənbillərinin bu sərgidə nümayişi karyerasının ən yüksək zirvəsidir. Digər işi isə onun Afrika qadınları ilə birlikdə 2005-ci ildə başlatdığı layihədir. O, öz istedadını Qanada nümayiş etdirmişdi. “Mən onlara istifadə olunmuş selofan torbalardan istifadə edərək, iynələrlə necə işləməyi öyrədirdim. Mən onlara pul kisələri və çantalar toxumaq öyrədirdim.”

Qadınlar ailələrini dolandırmaq üçün əl işlərini satırdılar. “Mənim fikrimcə bu qadınlar ərlərindən maddi cəhətdən daha az asılıdırlar. Bu onlara az da olsa güc və qurur hissi verir.”

Xanım Abrams nə vaxtsa yenidən Afrikaya qayıdıb, orada daha çox qadına maddi vəziyyətlərini yaxşılaşdlrmağa yardım etmək istədiyini deyir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG