Accessibility links

Bayram ərəfəsində kinoteatr ekranlarına çıxan maraqlı Hollivud filmləri


İşıqlar. Kamera. Çəkiliş. Hollivud qarşıdan gələn bayramı qeyd etmək və Oskar mükafatları mərasimi üçün səhnəni hazırlayır.

Coe Raytın Tolstoyun romanı əsasında çəkilmiş Anna Karenina tipik bayram mövsümü filmidir. Kino füsünkar geyimlər, ruhlandırıcı musiqi və mükəmməl aktyorlarla zəngindir.

Keira Naytli filmdə Karenina obrazını yaradır.

Keira Naytli: “Tarixi film qanunları tamamilə pozulub. Anna Karenina dəfələrlə işlənmiş hekayədir. Bu filmin ənənəvi ssenariyə uyğun çəkilməsində nə məna var?”

Sosial statusa malik evli qadın, Anna Karenina süvari zabitə aşiq olur və Anna bunun bədəlini ödəməli olur. Coe Rayt filmində 19-cu əsrdə Rusiya zadəganlarının davranışını vurğulayır.

Anna faciəli şəkildə qatar təkərləri altında ölür.

Pi Patel
Pi Patel


Rəngarəng səhnələrlə zəngin “Payın Həyatı” adlı film xilas yolu və əqidə haqdadır. Kitaba əsasən çəkilən bu film simasızlığa qarşı çıxır.

Oskar mükafatının qalibi Anq Li tamaşaçını özgə dünyaya məxsus kinematoqrafiyası ilə məftun edir. Qayıqda aparılan çəkilişlər üçün çəkiliş qrupu rəqəmsal pələng yaradır.

Gizli agent haqda drama janrında çəkilmiş “Argo” filmi intelektual filmdir. Toni Mendez, Mərkəzi Kəşviyyat Agentliyinə çalışan və 1979-cu ildə İranda əsir düşmüş altı amerikalı diplomatı xilas edən agentdir.

Argo
Argo


Filmi Mendez rolunu ifa edən, Oskar mükafatı qalibi Ben Afflek çəkib. Gerçək hadisəyə əsasən çəkilmiş bu film o qədər inanılmazdır ki, fantastik filmə bənzəyir.

“Hobbit” filmi də bu bayram ərəfəsində kinoteatr ekranlarına çıxır. Rejissor Piter Cekson “Üzüklər Hökmdarı” trilogiyasının milyonlarla həvəskarı üçün gözəl tamaşa vəd edir.

Bayram ərəfəsində çıxan filmlər Oskar qalibi, rejissor Tom Huperin musiqili janrda çəkdiyi “Səfillər” filmi ilə bitir. Huperin Viktor Hüqonun klassik romanına əsasən çəkdiyi filmi Anna Karenina filmindən fərqli olaraq orijinal əsərlə eynidir.

Çəkilişlərdə iştirak edən daha iki ulduz Ann Hatavey və Hyu Cekmen də rolları orijınal əsərə uyğun ifa edir.

Film qardaş sevgisi və günahların yuyulması haqdadır ki, bu da bayram əhval-ruhiyyəsi ilə üst-üstə düşür.

Bu filmlər və digərləri təkcə mənfəətli fəsil üçün deyil, həm də yanvar ayında keçiriləcək Oskar mükafatı nominasiyasını nəzərdə saxlamaqla istehsal olunub.
XS
SM
MD
LG