Accessibility links

Görünür Alek Baldvinin yeni talk-şousu artıq ləğv edilib. Hər şey Alek onu qarabaqara izləyən bir qadın haqda danışdıqdan sonra ona qarşı mətbuatda marağın artması ilə başlayıb.

Onu izləməkdə təqsirləndirilən qadın həbs edilib. Amma məsələnin həll olunmasına baxmayaraq, fotoqraf və mətbuat işçiləri Alek və onun həyat yoldaşı Hilariyadan əl çəkməyiblər.

Aktyor fotoqraflar və müxbirlərlə davamlı olaraq mübahisə etməli olub. Vəziyyət daha da gərginləşib. Xüxusilə də Alek fotoqrafları təhqir edərkən. Daha sonra aktyor işlətdiyi nalayiq sözlərə görə üzr istəməli olub və sadəcə yenicə dünyaya gəlmiş övladını fotoqraflardan müdafiə etmək istədiyini deyib.

Görünür şou proqramın təxirə salınması Alek və şəbəkə arasında ümumi razılıq nəticəsində baş tutub.
XS
SM
MD
LG