Accessibility links

Belə düşünmək olar ki, Oskar mükafatının qalibi olduqdan sonra Ben Afflekə artıq heç nə lazım deyil. Amma özünü təzəlikcə rejissor qismində sınayan və uğurlu film çəkən Ben Afflek ən prestijli kolleclərdən birindən doktorluq dərəcəsi alıb.

Belə çıxır ki, Hollivudun ən parlaq ulduzlarından biri olan Ben Afflekdən hələ çox şey gözləmək olar.

Ben film sənayesində faəliyyəti və nailiyyətlərinə görə təsviri incəsənət sahəsində fəxri doktorluq dərəcəsinə layiq görülüb.

Podiuma çıxan Afflek belə bir mükafata layiq görülməsinin onun üçün şərəf olduğunu deyib. Bununla o, Mett Damonu da üstələyib. Afflek bu kollecdən ada layiq görülən altı nəfərdən biri olub və mükafatı öz anasına ithaf edib.

Əlbəttə, bu mərasim tək Benə həsr olunmamışdı. O əslində bu mükafata layiq görülən 2400 məzundan biri idi. Yəqin ki biz onu indi Doktor Afflek çağırmalı olacağıq.
XS
SM
MD
LG