Accessibility links

Adama elə gəlir ki, Corc Kluni daim dünyada ciddi siyasi məsələlərlə məşğul olur. Amma onun yeni filmi nəinki dünya, Yerk kürəsindən kənarda cərəyan edir.
Corc Kluni elmi-fantastik filmlərdə baş rolu ifa edən ən populyar aktyorlar siyahısında yenidir.
Variety jurnalına istinadən Kluni fimdə hadisələrin cərəyan etdiyi 1952-ci ildə başqa planetdən gələnlərlə əlaqə yaradır.

Daha bir Hollivud ulduzu Tom Kruz üçün isə bu janr yeni deyil. Aktyor indi elmi fantastik janrda çəkilmiş `All You Need is Kill` adlı filmdə baş rolu ifa edir.
Filmdə Tom Kruz gəlmələrə qarşı müharibədə həlak olduqdan sonra, ölüm günü təkrarən bir neçə dəfə yenidən mübarizə aparmalı olur.
Tom Kruz `All You Need is Kill` adlı yeni filminin çəkilişləri zamanı vertolyotla İngiltərənin paytaxtına enir. Filmin çəkilişləri zamanı küçələr içtimayyətdən təmizlənib və əhatəyə alınıb. Layster meydanında görüntüdə yalnız şir heykəli və az sayda hərbçi var.
Yağmurlu və küləkli meydanda vahiməli sükut vertolyotun gəlişi ilə pozulur və Nelson Sütunu ətrafında dövrə vurur. Nəhayət günəş şəfəq saçanda Tom səhnəyə çıxır və həmkarları ilə müharibə barədə məsləhətləşir. Tom Kruzun `Vanilla Sky` filminin çəkilişləri zamanı Times meydanı da eynən əhatəyə alınaraq ictimayyətdən təmizlənmişdi. Bu isə o deməkdir ki, bu çəkiliş onun meydanda ilk səhnəsi deyil. Tom və Corcun super ulduzlar olduğunu nəzərə alsaq, onların fəzaya üz tutması heç də təəccüblü deyil.

Düzdür, o zaman onu yerə endirən Kral Hava Qüvvələrinin vertolyotu deyildi. Film yad planetdən gəlmələrlə müharibə aparan əsgər haqdadır. Filmin ssenarisinə görə o, son döyüş gününün vaxt çevrəsində ilişib qalıb. Aktyorun geyimi onun yüksək rütbəli komandir olduğunu xatırladır. Tom və Corcun super ulduzlar olduğunu nəzərə alsaq, onların fəzaya üz tutması heç də təəccüblü deyil.
XS
SM
MD
LG