Accessibility links

Bu gün ABŞ-da Şükran bayramı qeyd edilir.

Noyabr ayının sonuncu cümə axşamı qeyd edilən bu bayram süfrəsini adəti üzrə hind quşu və şirniyyat bəzəyir.

Bayram ərəfəsində ABŞ prezidenti Barak Obama ailəsi ilə bərabər yoxsullara ərzaq, geyim və digər lazımi əşyalarla yardım paylayıb.

Prezident ənənəsi olaraq ABŞ dövlət başçısı Ağ Evdə hiind quşunu əfv edib. Ağ Evin veb səhifəsində hansı hind quşunun əvf edilməsi ilə bağlı sorğu keçirilib. Maklə Çiz arasında müsabiqənin qalibi Çiz olub. Hər biri 23 kiloqram olan quşlar doğranmaqdan azad edilib.

Şükran bayramının daha bir ənənəsi alış-verişdir. Bu gün bayram alış-veriş mövsümünə start verilir.

Sabah “Qara cümə” günü 68 milyon insanın bayram alış-verişinə çıxacağı gözlənilir.

Nyu-Yorkda isə ənənəvi Macy’s paradı təşkil edilir. Parad artıq 88 ildir ki, ənənə şəklini alıb.

Şükran 1789-cu ildə Amerikanın ilk prezidenti Corc Vaşinqton tərəfindən rəsmi bayram elan edilib.

XS
SM
MD
LG