Accessibility links

Məşhur Formula 1 yarışçısı Mihael Şumaxer komadadır


Fransa xəstəxanasında həkimlər təqaüdə çıxan məşhur Formula 1 yarışçısı Mihael Şumaxerin xizəklə sürüşən zamanı yıxıldıqdan sonra aldığı baş zədəsindən komaya düşdüyünü deyib.

Almaniya yarış avtomobili sürücüsü Fransada dağlıq Maribel kurort zonasında xizəklə sürüşən zaman yıxılıb və başı daşa dəyib.

Yaxınlıqda yerləşən Qrenobl Xəstəxana Mərkəzinə çatdırıldıqdan sonra Şumaxerin üzərində beyin cərrahiyə əməliyyatı aparılıb.

20 illik karyerası ərzində 91 yarış və yeddi çempionat qalibi olmuş 44 yaşlı Şumaxer Formula 1 avtomobil yarışında ən çox uğur qazanmış sürücüdür.

O, ilk dəfə 2006-cı ildə İtaliya Ferrari komandasının tərkibindən təqaüdə çıxıb. 2010-cu ildə idmançı yenidən öz sevimli sənətinə qayıdıb və ötən il yenidən təqaüdə çıxıb.
XS
SM
MD
LG