Accessibility links

Sibirdə bir zamanlar Qulaq əmək düşərgəsi indi muzey olub (audio)

  • Amerikanın səsi

Sibirdə bir zamanlar Qulaq əmək düşərgəsi indi muzey olub (audio)

Sibirdə bir zamanlar Qulaq əmək düşərgəsi indi muzey olub (audio)

Sovet erasında Perm Qulaq arxipelaqında itmiş bağlı şəhər idi. İllər uzunu bu şəhər Stalinin xarici işlər nazırı Molotovun adını daşıyıb. Perm regionunda heç bir zaman xəritədə işarə edilməmiş islah- əmək düşərgələrində minlərlə məhbus işləyib və ölüb. Perm şəhərinin zavodlarında Sovet İttifaqının Afrika, Asiya və Şərqi Avropadakı müttəfiqlərini silahla təmin etmək üçün tank, top və raketlər istehsal edilirdi. Lakin 20-il bundan əvvəl Sovet imperiyası dağıldıqdan sonra silah sifarişi dayandı və sənaye şəhəri dünyaya açıldıqda heç kim şəhərə köçmək istəmədi. Əksinə, sakinlərin təxminən 10 faizi şəhəri tərk etdi. İnsaların kəndlər və kiçik şəhərlərdən Permə köçməsi şəhər əhalisinin sayının daha da azalmasının qarşısını aldı. Yeddi il bundan əvvəl Perm şəhərində iş yerlərinin yaradılması probleminin həlli KGB-nin üzərinə düşdü.

Sibirdə bir zamanlar Qulaq əmək düşərgəsi indi muzey olub (audio)

Sibirdə bir zamanlar Qulaq əmək düşərgəsi indi muzey olub (audio)

Sovet İttifaqı dağılanda bir çox başqa ruslar kimi Oleq Çirkunov da dəyişikliklə ayaqlaşmalı olur. O, dərhal kəşfiyyatdan biznesə keçərək Permlə İsveçrə arasında ticarət əlaqələri yaradır. Sabiq KGB zabiti olmuş prezident Vladimir Putinlə keçmiş məktəb əlaqələrini bərpa edir və Oleq Çirkunov Perm regionunun qubernatoru elan edilir. Permdə dəyişikliklər etmək üçün cənab Çirkunov olduqca qəribə seçim edir. O, buranı incəsənət mərkəzinə çevirir.

Cənab Çirkunovun ofisinin həyətində qoyulmuş heykəllər onun Sovet sənaye şəhərini Avropa mədəniyyət mərkəzinə çevirmə məqsədlərinin təcəssümüdür.

Başlıca məqsəd Moskvada qalereya sahibi Marat Quelmanı razı salmaq idi. Bir çoxları Marat Quelmanın bu çağırışa razılığını bildirməsini onun yaşlanma böhranı keçirməsi ilə izah edir. Quelman 1400 kilometr, iki vaxt zonasını keçərək Sibirin ucqar Perm şəhərinə gəlir.

Quelman şəhərin yeni və müasir incəsənət muzeyi PERMM-də müsahibə zamanı deyib ki, ilk dəfə buraya gəldikdə ona öz iradəsi ilə buraya gələn yeganə insan olduğunu deyiblər. Köhnə sənaye yerindən yenidən istifadə edən Quelman Rusiyanın Stalin erasından qalmış çay bərəsi sərnişin terminalını avanqard muzeyə çevirib. Buraya Rusiyanın hər yerindən iştirakçılar gəlir.

Marat Quelman: "İndi mənim bəzi dostlarım biznesmenlərdir və onlar mənə buraya işləmək üçün insan gətirməyin olduqca asan olduğunu deyirlər. O deyir ki, indi hamı Permə gəlmək istəyir."

Bəzi sənayelər investisiya hesabına fəaliyyət göstərməyə başlayıb. Lakin olduqca çox və daha yaxşı tikilmiş sənaye obyektləri hələ də fəaliyyət göstərmir.

Qubernator Çirkunovun Sovet həmkarları vaxtı ilə insanları Qulaq düşərgəsində və ya silah zavodlarında işləməyə məcbur ediblər. Şəhərdən iki saatlıq məsafədə yerləşən və Perm -36 adı ilə tanınan Qulaq düşərgəsi indi Rusiyanın yeganə düşərgə muzeyi qismində yenidən fəaliyyət göstərir.

Sibirdə bir zamanlar Qulaq əmək düşərgəsi indi muzey olub (audio)

Sibirdə bir zamanlar Qulaq əmək düşərgəsi indi muzey olub (audio)

İndi Querman hökumətlə bərabər yeni “Ucuz Şəhər” layihəsi üzərində işləyir. Quelman deyir ki, dünyada sənayelər öz ərazilərini tərk edirlər. Qatar stansiyaları, qarajlar, ambarlar incəsənət və mədəniyyət mərkəzləri ilə əvəz edilir. Ona görə yox ki, incəsənət və mədəniyyət daha çox gəlir gətirir. Ona görə ki, ərazi başqa məqsədlər üçün istifadə edilmir.

Quelman və hökumət istiqamətsiz və plansız şəkildə Permi yenidən ixtira etməyə çalışırlar. Keçmiş Qulaq əmək düşərgəsinin turistləri cəlb etməsi, köhnə raket zavodlarının studiyalarını rəssam və heykəltaraşlara icarə vərməsi və sabiq KGB zabitinin mədəni dəyişikliyi ilə Perm şəhəri Rusiyanın bu gününü tərənnüm edir.

XS
SM
MD
LG