Accessibility links

Soçidə 2000-dən artıq küçə heyvanının məhvinə dair kontrakt imzalanıb


İnternet Soçinin küçə itlərinin müdafiəsi səylərinə məkan olub

Soçi Qış Olimpiya Oyunlarının qonaqları qəribə bir mənzərə ilə üzləşib. Şəhərdə onlarla küçə iti nəzərdən yayınmayıb.

Restoranların arxa qapısında yemək sorağında gəzən küçə itləri burada nadir hal deyil. Ancaq Olimpiada şəhərciyində? Onları kim buraya buraxıb?

Yüz minlərlə inşaat işçisi artıq şəhəri tərk edib. Lakin arxalarında yüzlərlə ev heyvanı, qoruyucu itlərini qoyub gedib.

Nadejda Mayboroda itlər üçün sığınacağın sahibidir. “İnşaatçılar gedib, lakin itləri qalıb. Buranın havası soyuq olmadığı üçün küçə itlərinə yararlıdır. Yem də problem deyil.”

Heyvanların müdafiəçiləri Soçidə heyvanların kütləvi şəkildə məhv edildiyindən şikayətlənir.

Şəhərdə 2000-dən artıq küçə heyvanının məhv edilməsinə dair xüsusi bir şirkətlə kontrakt imzalanıb.

Nadejda Mayboroda: “Heyvanları küçələrdən yığırlar. Lakin yerləşdirmək üçün sığınacaqları olmadığına görə onları öldürməli olurlar.”

Heyvansevərlərin internet vasitəsi ilə mübarizəsi çərçivəsində xüsusi gəmi ilə heyvanlar Soçidən Rusiyanın digər bölgələrinə daşınıb.

Maiborodanın Soçi yaxınlığında yerləşən heyvan sığınacağı milyarder Oleq Deripaska tərəfindən maliyyələşdirilib. Hazırda burada 100-dən artıq küçə iti sığınacaq tapıb.

İnternet vasitəsi ilə itlərin götürülməsini istəyən insanların 90 faizini amerikalılar təşkil edir.

Qas Kenvorti

Qas Kenvorti

Amerikalı gümüş medal qalibi Qas Kenvorti tvitterdə Koloradoya, evinə aparacağı iki itin şəklini yerləşdirib.

Kenvortinin 4 küçüklə şəkli 4 min dəfə tvit edilib.

İnternet ruslar və amerikalıların küçə itlərinin müdafiəsi səyləri üçün bir məkana çevrilib.
XS
SM
MD
LG