Accessibility links

Səid Muğanlının həbsinin səbəbləri məlum olub


Səid Muğanlının həbsinin səbəbləri məlum olub

Səid Muğanlının həbsinin səbəbləri məlum olub

Səid Muğanlı Təbriz şəhərindəki təcridxanada saxlanılır, onun müdafiəsinin təşkili üçün məhdudiyyət qoyulub. Belə ki, S. Muğanlıya vəkil tutulmağa icazə verilmir. Artıq İranda yaşayan Azərbaycan türkləri arasında S. Muğanlının sərbəst buraxılması tələbi ilə bağlı imzatoplama kampaniyasına da başlanılıb.

İranda türk dilində yazan tanınmış şair-publisist, jurnalist Səid Muğanlının həbsinin ilkin səbəbləri məlum olub.
APA-nın İrandakı mənbələrə istinadən verdiyi məlumata görə, bir müddət öncə S. Muğanlı İran İslam Respublikasının dövlət quruluşu, rəhbər şəxslərinə ünvanlanmış tənqidi xarakterli şer yazıb və internet resurslar vasitəsilə yayıb. Bu səbəbdən də İran İnformasiya və Təhlükəsizlik Nazirliyinin əməkdaşları onu saxlayan zaman ədəbi fəaliyyəti ilə maraqlanıb, əlyazmalarını müsadirə ediblər.
Hazırda S. Muğanlı Təbriz şəhərindəki təcridxanada saxlanılır, onun müdafiəsinin təşkili üçün məhdudiyyət qoyulub. Belə ki, S. Muğanlıya vəkil tutulmağa icazə verilmir. Artıq İranda yaşayan Azərbaycan türkləri arasında S. Muğanlının sərbəst buraxılması tələbi ilə bağlı imzatoplama kampaniyasına da başlanılıb.
Qeyd edək ki, S. Muğanlı iyunun 5-də valideynlərinin yaşadığı Ərdəbil vilayətinin Muğan bölgəsinin Yelsu kəndindəki evlərində saxlanılıb. Evdə axtarış aparılıb, ona məxsus kompüter, kitablar və digər şəxsi əşyalar götürülüb.
Səid Muğanlı Azərbaycan tükcəsində yazılan ədəbiyyat nümunələrini əski əlifbaya çevirərək İranda türklərin maariflənməsi işində aktiv iştirak edən şəxslərdən biridir. O, 2007-2008-ci illərdə Bakıda keçirilən ədəbi məclislərin iştirakçısı olub. Bakıdan qayıtdıqdan sonra İranın dövlət quruluşuna xələl gətirə biləcək fəaliyyətdə ittiham olunaraq İran İnformasiya və Təhlükəsizlik Nazirliyi tərəfindən tutulub. Bir müddət sonra isə girov müqabilində sərbəst buraxılıb.

XS
SM
MD
LG