Accessibility links

Sidiyi enerjiyə çevirən cihaz [Video]


Tullantıları enerjiyə çevirən generatorların əksəriyyəti enerji yaratmaq üçün zibil yandırır. Lakin iki yenilik sayəsində tullantıları enerjiyə çevirməyin yolu tamamilə dəyişir.

Hər gün insan bədənindən sidik vasitəsilə 1 litr yarım maye ifraz olunur. Meksikalı alim Qabriel Luna-Sandoval deyir ki, artıq sidik enerjiyə çevrilə bilər.

Təxminən 15 millilitr sidik yetərlidir. Nəzərə alsaq ki, hər insan 1,4 litr sidik ifraz edir, bir ailənin ifraz etdiyi sidik çimmək və ya yemək bişirmək üçün lazım olan suyu qızdırmağa yetərlidir.

Onun patent hüququna sahib olduğu cihaz elektrolizdən istifadə edərək sidikdəki oksigen və hidrogenləri ayırıb, elektrik enerjisi yaratmağa və ya təbii qazı əvəzləməyə yardım edən bioqaz yaradır.

“Təxminən 15 millilitr sidik yetərlidir. Nəzərə alsaq ki, hər insan 1,4 litr sidik ifraz edir, bir ailənin ifraz etdiyi sidik çimmək və ya yemək bişirmək üçün lazım olan suyu qızdırmağa yetərlidir,” deyə o bildirir.

Luna-Sandoval deyir ki, gələcək layihələr nəticəsində mümkündür ki, hətta suyu filtrdən keçirib içmək olacaq.

Digər alimlər də onunla razılaşır. Britaniyalı tədqiqatçılar enerji yaratmaq üçün sidikdən qidalanan canlı bakteriyadan istifadə edən mikroblu yanacaq hüceyrələri inkişaf etdiriblər.

Argentinada isə Sumando Energiasdan könüllülər su və elektrik enerjisinin olmadığı icmalar üçün günəş enerjisi ilə işləyən su qızdırıcıları yaratmaq üçün tullantıları yenidən emal edirlər. Yoxsul ailələrin həyatlarının yaxşılaşdırmaqdan əlavə onlar bu ailələrə yenidən emal prosesini öyrədirlər.

Daha çox könüllü ilə birlikdə Sumadno Energias qrupu hər il üç min ailə üçün günəş panelləri düzəldə biləcəyinə ümid edir.

Show comments

XS
SM
MD
LG