Accessibility links

Tədqiqatçılar: Siqaret şizofreniya riskini artırır


Siqaretin ağ ciyər xərçəngi və ürək xəstəlikləri də daxil edilməklə, bir çox xəstəliklərə səbəb olduğu məlumdur. Lakin indi siqaretin şizofreniya kimi ağır ruhi xəstəliklərlə də əlaqəsi olduğu deyilir.

Siqaret çəkən insanlarda əsasən şizofreniya kimi ruhi xəstəliklər aşkar edilib. Bunu London Kral Kollecindən Samir Cövhər deyir. “Bir psixoloq kimi həmişə bu haqda düşünməli olursan. Çünki sən psixi xəstələrin həmişə siqaret çəkdiyini görürsən. İnsanlar bunu çox zaman özünü-müalicə ilə izah edirlər.”

Cövhər bu mövzuda araşdırmaların nəticələrini The Lancet Psychiatry online jurnalında dərc etdirib.

Siqareti tərgitmək üçün müxtəlif tibbi səbəblər var. Lakin bu araşdırma göstərir ki, belə bir addım atmaq insanın əqli sağlamlığı üçün də çox mühümdür.
James MacCabe

Kral Kolecinin apardığı araşdırmaların nəticələrindən belə məlum olur ki, siqaret bəzən insanlarda şizofreniya risklərini artırır.

Alimlərin dünya boyu apardığı 61 araşdırmadan məlum olub ki, tütünə aludə olanlarda şizofreniya riski digərlərindən üç dəfə çoxdur. Qərb dövlətlərində əhalinin təqribən dörddə biri siqaret çəkir.

Doktor James MacCabe Kral Kollecində psixiki xəstəliklər üzrə araşdırmanın baş müəllifidir. O, deyir ki, şizofreniya xəstələrinin yarısından çoxunun siqaret çəkməsi təəccüblü deyil. Araşdırmaların nəticələri psixi xəstəliklərdən əzab çəkən insanlar siqaret çəkməklə xəstəlik simptomlarını azaltmağa çalışdıqlarını sual altına qalır..

“Əgər bunu özünü-müalicə adlandırsaq, belə görünür ki, şizofreniyası olan insanlar digərləri ilə müqayisədə daha çox siqaret çəkir, halbuki bu, onlardakı psixi simptomları daha da inkişaf artırır.”

Bəzi alimlər deyirlər ki, şizofreniya siqareti erkən yaşlarından çəkməyə başlayanlarda daha çox müşahidə olunur.

Bu araşdırmaların son nəticəsi olmasa da, belə bir firi də irəli sürülür ki, nikotin beyində kimyəvi dopaminin artmasına təkan verir. Dopamin beynin mükafatlandırma, həzz, mərkəzlərinə nəzarət edir. Psixozla diaqnozlanmış pasientlərdə artıq dozada dopamin aşkar edilib ki, şizofreniyanın müalicəsi üçün istifadə olunan dərmanlar dopamin fəaliyyətini azaltmağa yönəlib.

Doktor MacCabe-in dediyinə görə, ailə tarixçəsinə yaxud genetik olaraq şizofreniyaya meylli olanlar siqaret çəkməyi dərhal dayandırmalıdırlar.

“Siqareti tərgitmək üçün müxtəlif tibbi səbəblər var. Lakin bu araşdırma göstərir ki, belə bir addım atmaq insanın əqli sağlamlığı üçün də çox mühümdür."

Araşdırmaların müəllifləri nikotinlə əqli problemlər arasındakı əlaqələrin dərindən öyrənilməsinə çağırır.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG