Accessibility links

Sikorski mükafatı: Qeyri-adi ixtiralar


Sikorski mükafatı: Qeyri-adi ixtiralar
please wait

No media source currently available

0:00 0:03:08 0:00
1980-ci illərdə Amerikanın Vertolyot Cəmiyyəti Sikorski mükafatı təsis edib. 250 min dollarlıq mükafat 60 saniyə havada dayana, 3 mert hündürlüyə yüksələ, 10 kvadrat metrlik sahədə qala bilən vertolyot ixtirasına verilir.

Qamera-2 özünü döğrultmağa çalışır. Layihənin meneceri Uilyam Staruk 3 il əvvəl doktorluq dərəcəsi almaq üçün Meriland Universitetinə qəbul olduqda buna inana bilməzdi. İllərdən sonra bu, mümkün görünür.“60 saniyə havada qalır, digəri 3 metrə yüksəlir. Sikorski Mükafatı üçün 3 əsas amildən ikisinə nail olmuşuq. İndi bunları birləşdirib bir uçan cihaz düzəlməyə ümid edirik.”

Uçan cihazların hazırlanması üçün 50 könüllü işə cəlb edilib. Onlar müxtəlif
Onlar bu işi 4 il əvvəl müsabiqəyə qatılmaq üçün keçdikləri uzun yoldan sonra görməyə başlayıb.

Fəza alimi İnderjit Çopra onların nailiyyəti ilə fəxr edir. “İş bitdikdən sonra misilsiz bir məmnunluq hissi yaşanacaq.”

Qamera-2 komandası iki aydan sonra hazırladıqları vertolyotla Sikorski mükafatının təqdimat mərasimində uğur qazanacağına ümid bəsləyir.
XS
SM
MD
LG