Accessibility links

Kris Braun 2015-ci ildə qarət qurbanı olub. Onun Hollivud Hillsdə evinə girən qarətçilər onun xalasının əl-qolunu bağlayaraq şkafa soxub. Bundan sonra onlar müğənninin evini qarət edib.

Bundan da əvvəl Benedikt Kumberbeç silahlı soyğunçuluğa məruz qalıb və hətta sağ qalması üçün qarətçilərə yalvarıb. 2005-ci ildə o Cənubi Afrikada çəkilişdə olan zaman silah gücünə oğurlanıb. Avtomobili xarab olanda soyğunçular onu qarət edərək aradan çıxıb.

Hətta Corc Kluni və onun Sudanın Darfur regionunda humanitar səyləri onun hədəfə çevrilməsinə səbəb olub. Variety jurnalına müsahibəsində aktyor təhlükəli ərazidə 10 yaşlı uşağın onun başına AK-47 avtomatını dayadığını deyib.

Belə görünür məşhur olmaları onları cinayətkarlardan sığortalamır - əksinə, onları daha da maraqlı hədəf edir.

XS
SM
MD
LG