Accessibility links

Respublikaçı qanunvericilər Obama administrasiyasının səylərini əngəlləməyə çalışır

ABŞ senatı ixtilaflı və çox həssas sayılan silahlanmaya nəzarət qanununun müzakirəsinə başlayır.

Senatda çoxluq təşkil edən Demokratların Respublikaçıların qanunun müzakirəsinin qarşısını alma səylərini əngəlliyəcəyi gözlənir.

İki silah tərəfdarı senator Co Mançin və Respublikaçı Pət Tumey arasındakı razılıq, silah almaq istəyən insanlar haqda geniş məlumatın toplanması müzakirənin başlanmasına səbəb olub. Razılığa silah sərgisində və internet üzərindən silah almaq istəyənlərə nəzarət etmək daxil olduğu halda dostlar və ailə üzvləri arasında satış zamanı məhdudiyyətlər daxil edilməyib.

Keçən ilin dekabr ayında Konnektikut ştatının Nyutaun şəhərində baş vermiş qətliamdan sonra prezident Barak Obama silahlanmaya nəzarətə dair yeni qanunun qüvvəyə minməsinə çalışıb. O, yeni qanunun təhlükəli insanların silah əldə etmə cəhdlərinin qarşısını alacağını deyir.
XS
SM
MD
LG