Accessibility links

"MTN işi" ilə bağlı cinayət işi üzrə saxlananların həbs müddəti uzadılıb


MTN

MTN

"MTN işi" ilə bağlı başlanılan cinayət işi üzrə saxlananların həbs müddəti uzadılıb.

APA-nın xəbərinə görə, Səbail rayon Məhkəməsinin qərarı ilə həmin cinayət işi üzrə saxlanan 20-dən çox şəxsin istintaq müddəti iyul ayına kimi artırılıb.

Prokurorluğun məlumatında deyilir ki, ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin ayrı-ayrı vəzifəli şəxslərinin səlahiyyətlərindən sui-istifadə və səlahiyyətləri aşma faktları ilə bağlı cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Faktlar üzrə 21 şəxs Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilirlər.19 şəxs barəsində həbs-qətimkan tədbiri, 1 nəfər barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib. İstintaqdan yayınan 1 şəxs barəsində isə həbs-qətimkan tədbiri seçilməklə axtarış elan edilib.

Məlumatda həmçinin bildirilir ki, MTN əməkdaşlarının törətdiyi cinayət əməlləri nəticəsində hüquqları pozulan 57 nəfər zərərçəkmiş şəxs qismində tanınıb. Onlara dəymiş ziyanın ümumi məbləğinin on milyonlarla manat olduğu müəyyən edilib.

Ötən il prezidentin sərəncamı ilə Milli Təhlükəsizlik Nazirliyi ləğv edilib. Onun yerində iki qurum - Dövlət Təhlükəsizliyi və Xarici Kəşfiyyat xidmətləri yaradılıb.

XS
SM
MD
LG