Accessibility links

ABŞ-da silah zorakılığının qarşısının alınmasına dair araşdırma yoxdur [Video]


ABŞ-da silah zorakılığının qarşısının alınmasına dair araşdırma yoxdur
please wait

No media source currently available

0:00 0:02:29 0:00

ABŞ-da silah zorakılığının qarşısının alınmasına dair araşdırma yoxdur

Amerikada bütün kütləvi silahlı hücumlardan sonra amerikalılar özlərinə “bunun qarşısı necə alına bilərdi?” sualını verir. Amma buradakı ən vacib məsələ belə hücumların və silahlı zorakılıqların qarşısını almağa yardım edəcək faktlara əsaslanan araşdırmanın olmamasıdır.

Problemin bu qədər böyük olmasına baxmayaraq, silah zorakılığının qarşısının alınması ilə bağlı çox sayda araşdırma yoxdur.
Con Vernik

Orlandodakı səhnə dəhşətli idi. Xilas olunanlar şok içində, oğlu öldürülən ana isə nifrət hissi içərisində idi. O, zorakılığa son qoyulmasına çağırırdı.

Bütün dünyada insanlar anım mərasimləri keçirir. ABŞ prezidentliyinə namizədlər isə hadisə ilə bağlı öz fikirlərini paylaşıblar.

“Qatilin Amerikada olmasının yeganə səbəbi bizim onun ailəsinə bura gəlməyə icazə verməyimizdir,” deyə Donald Tramp bildirib.

“Küçələrdə müharibə silahlarına yer yoxdur,” deyə Hillari Klinton bildirib.

Bütün bu kədər və şokun içində çatışmayan bir tək ABŞ-da silah zorakılığına son qoyacaq planın olmamasıdır.

“Mən bir çox insanın güllələnərək ölməsini ictimai səhiyyə məsələsi kimi görürəm,” deyə Amerika İctimai Səhiyyə Assosiasiyasından Corc Bencamin bildirib.

Amma Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) vebsaytına baxanda ölkənin icitmai səhiyyəsini qoruyan bu ABŞ agentliyinin silah zorakılığı ilə bağlı səssiz qaldığını görmək mümkündür.

“Problemin bu qədər böyük olmasına baxmayaraq, silah zorakılığının qarşısının alınması ilə bağlı çox sayda araşdırma yoxdur,” deyə Cons Hopkins Universitetindən Con Vernik bildirib.

CDC saytında ölüm hallarının səbəblərinin yazıldığı bölmə var və bu sahədə biz ABŞ-da hər il silah zorakılığı nəticəsində 30 min insanın öldüyünü bilirik. Amma orada silah zorakılığına nəyin səbəb olduğu ilə bağlı heç bir araşdırma yoxdur.

“Çox vaxt problem olanda biz baş verənləri anlamaq üçün məlumat toplayırırq. Biz məsələnin, problemin nə olduğunu öyrənməyə çalışırıq. Sonra isə müxtəlif sahələri təm edən bir heyətlə oturub həll yollarını tapmağa çalışırıq. Daha sonra bu həll yollarını tətbiq edib nəticə verib-vermədəyini yoxlayırıq. Biz bunu səhiyyə riski azalana qədər davam etdiririk,” deyə Corc Bencamin bildirib.

Mən bir çox insanın güllələnərək ölməsini ictimai səhiyyə məsələsi kimi görürəm.
Corc Bencamin

İctimai səhiyyə ekspertləri avtoqəzalarla bağlı araşdırmaya istinad edərək bu araşdırmaların qəza zamanı ölüm hallarının azalmasına səbəb olan təhlükəsizlik kəməri və digər tədbirlərin görülməsinə gətirib çıxardığını deyir.

Amma bundan fərqli olaraq silah zorakılığı artıq siyasi məsələyə çevrilib. İyirmi il öncə Konqress CDC-nin silah araşdırması üçün ayırdığı maliyyəni kəsib. Bu, Milli Silah Assosiasiyası CDC-ni silahlara nəzarəti təbliğ etməkdə ittiham etdikdən sonra baş verib. O zamandan bəri isə Konqres bu cür araşdırmanı maliyyələşdirməyi rədd edir.

Amerika Tibb Assosiasiyası isə bu qadağanı aradan qaldırması üçün Konqresə təzyiq göstərəcəyinə söz verib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG