Accessibility links

İraqda silahlı şəxslər Bağdaddan qərbdə Ramadi şəhərində universitetə hücum edib və təhlükəsizlik qüvvələrinin universitet şəhərciyində nəzarəti ələ almaq üçün müdaxiləsindən sonra onlarla tələbəni girov götürüb.

İraq polisi yaraqlıların Ənbər vilayətinin paytaxtı olan Ramadidəki Ənbər universitetinə hücum etdiyini bildirib. Hadisə zamanı universitetdə yüzlərlə tələbənin olduğu deyilir.

Polisin bildirdiyinə görə, silahlı şəxslər hücumçuların qarşısını almağa çalışan üç mühfizəçini öldürdürüb, bundan sonra binaya daxil olub.

Təhlükəsizlik qüvvələri yaraqlılarla atışmadan sonra universitet ərazisini mühasirəyə alıb.

Hücuma görə məsuliyyəti öz üzərinə götürməyib, lakin İraq və Levantda İslam dövləti adı ilə tanınan yaraqlı qruöu son aylar bir sıra hücumlar həyata keçirib. Qrup Fəllucə şəhəri və Ramadinin bəzi hissələrinə nəzarəti ələ alıb.

Universitetə hücum yaraqlıların Mosul və Samirə şəhərlərində son günlər keçirdikləri reydlərdən sonra baş verib.

Şənbə günü Ramadidə baş vermiş hadisə Ənbər vilayətində aylardır vəziyyətin qeyri-sabit olaraq qaldığını göstərir.

BMT-nin qaçqınlar agentliyi cümə günü bildirib ki, bu ilin əvvəli şiələrin başçılıq etdiyi hökumətə məxsus qüvvələr və Ənbər vilayətində sünni üsyançılar arasında döyüşlər nəticəsində 480 mindən çox insanın məcburi köçkün vəziyyətinə düşüb.
XS
SM
MD
LG