Accessibility links

ABŞ prezidenti ötən həftə Kolorado ştatında qadın məsləhətxanasına hücum kimi silah zorakılıqlarının qarşısının alınması üçün əlavə ölşülərə əl atılacağını deyib.

"Biz yerindən asılı olmayaraq hər bir terror aksiyasının qarşısını ala bilərik.”-deyə Barak Obama BMT-nin İqlim Sammitindəki çıxışı zamanı bildirib.

Biz yerindən asılı olmayaraq hər bir terror aksiyasının qarşısını ala bilərik

O deyib ki, terror aksiyaları yalnız başqa ölkələrdə həyata keçirilmir. ABŞ dövlət başçısı 57 yaşlı Robert Levis Dearin 1 saat davam edən hücumuna işarə edib. Hücim zamanı 3 adam həlak olub, 9 nəfər yaralanıb.

"Kongress, ştat hökumətləri zorakı tendensiyalara malik olan şəxslərin silahlara sahib olmaması üçün hər ölçüyə əl atmalıdır”-deyə ABŞ dövlət başçısı bildirib.

Barak Obama prezidentliyi dövründə dəfələrlə məktəblər, kino-teatrlar və digər ictimai yerlərdə atışmalardan sonra silahlara nəzarət qanunlarının dəyişdirilməsinə çağırıb.

Lakin silah sahibkarları, silahlara tərəfdar olan qanunvericilər Milli Silah Assosiasiyasının səylərinə dəstək verib

Respublikaçı qanunvericilərin əksəriyyəti Ailə Planlaşdırılması fondunun 500 milyon dollarının ixtisar edilməsinə çalışır. Onları abort nəticəsində əldə edilən toxumaların xəstəliklərin müalicəsində istifadə edilməsi narahat edir.

2016-cı il preziden seçkilərinə demokratik namizəd Hillari Klinton respublikaçıların abort və silah hüquqlarına dair mövqelərini tənqid edib.

Biz qərar verənədək nə qədər amerikalı həyatını itirəcək?

"Konqres və seçkiqabağı kampaniyalarında respublikaçılar böyük hökumətlərə nifrət edir. Onlar qadın bədəninə gəldikdə hüquqları yerli hökumətlərə vermək istəyir. Bu, yanlışlıqdır. Biz buna dəstək verməyəcəyik"-deyə Klinton bildirib.

ABŞ-ın sabiq dövlət katibi və keşmiş birinci xanımı onu da sual edib ki, biz qərar verənədək nə qədər amerikalı həyatını itirəcək? O, silah alıcılarının ciddi şəkildə yoxlanılması, silahların yanlış əllərə keçməməsi üçün ölçülər götürülməsinə çağırıb.

XS
SM
MD
LG