Accessibility links

ABŞ-ın Kaliforniya ştatında səsvermə məntəqəsi yaxınlığında silahlı hücum olub. İlkin məlumatlarda ən azı bir nəfərin həlak olduğu, 3 nəfərin isə ağır yaralandığı bildirilir.

Hadisə Los Anceles şəhərindən 40 kilometr şərqdə Azusa şəhərində baş verib. Günorta saatlarında qeydə alınan silahlı hücum həyata keçirilən zaman insanlar səs vermək üçün seçki məntəqəsinə üz tuturdular.

Los Anceles Polis rəisi Ceff Skroqqin polislərin naməlum silahlı şəxsin axtarışlarına başladığını bildirib.

Rəsmilər ərazidəki insanlardan olduqları yeri tərk etməməyi tələb edib. Ərazidəki iki səsvermə məntəqəsi və iki məktəb bağlanıb.

Show comments

XS
SM
MD
LG