Accessibility links

San Dieqo şəhərində baş verən atışma nəticəsində bir polis zabiti öldürülüb, digəri isə yaralanıb.

San Dieqo Polis Departamenti polis zabitlərlə bağlı məlumatı rəsmi Twiter hesabları vasitəsilə paylaşıb, amma heç bir əlavə məlumat verməyib.

Atışma cümə axşamı gecə yarısı baş verib.

Şəhərin cənub-şərq hissəsində gecə saat 11 radələrində baş verən zorakılığa nəyin səbəb olduğu hələ aydın deyil. Polis ərazidə axtarış aparıb və sakinləri evlərindən çıxmamağa çağırıb.

Polis sözçüsü əlavə şərh çağırışlarını cavablamasa da, polis idarəsi Twitter hesabında bir şübhəli şəxsin həbs edildiyini, digərlərinin isə axtarışda olduğu barədə məlumat verib.

XS
SM
MD
LG