Accessibility links

Video

ABŞ-da "Silahlı Zorakılıqlar Barədə Məlumatlandırılma" günü qeyd edilib


İyunun 2-də amerikalılar hər il keçirilən Silahlı Zorakılıqlar Barədə Məlumatlandırılma gününü qeyd edib. Bu arada isə hüquq-mühafizə orqanları bir gün öncə Los Ancelesdə yerləşən Kaliforniya Universitetindəki sılahlı atışma ilə bağlı istintaqı davam etdirirlər. ABŞ-da kütləvi atışma və qətllər artıq adi hala çevrilib, amma bunun öhdəsindən gəlməyin yolları barədə ictimai fikir haçalanır. Bəziləri daha sərt silah qanunlarının tətbiq olunmasını istəyir, digərləri isə hesab edir ki, insanlara özlərini müdafiə edə bilmək üçün hər yerdə silah daşımağa icazə verilməlidir.

XS
SM
MD
LG