Accessibility links

Azərbaycan Silahlı Qüvvələr Gününü qeyd edir


Hərbi təlim
Hərbi təlim

26 iyun Azərbaycan Silahlı Qüvvələr Günüdür.

Azərbaycan Silahlı Qüvvələri 97 il əvvəl təşkil edilib. Belə ki,

Azərbaycan Xalq Cümhuriyyəti (AXC) hökumətinin qərarı ilə 1918-ci il iyunun 26-da ilk əlahiddə korpus yaranıb. Həmin il avqustun 1-də Hərbi Nazirlik təsis edilib və ilk hərbi nazir Xosrov bəy Sultanov olub. 1918-ci il dekabrın 25-dəböyük döyüş yolu keçmiş general Səməd bəy Mehmandarov hərbi nazir, general-leytenant Əliağa Şıxlinski nazir müavini təyin edilib.

Ölkədə səfərbərlik élan olunub və ordu formalaşdırlıb.

Azərbaycan Milli Ordusu Qafqaz İslam Ordusu ilə birlikdə 1918-ci il sentyabrın 15-də Bakının bolşevik-daşnakişğalından azad edib.Azərbaycan 1920-ci ilin aprelində Azərbaycan Rusiya bolşevik hökuməti tərəfindən işğal edildikdən sonra Xalq Cümhuriyyəti süquta uğrayıb və Milli Ordunu ləğv edilib. Ordunun çoxsaylı generalları, komandanları güllələnib.

1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonrahəmin sentyabrın 5-də Müdafiə Nazirliyi yaradılıb və general-leytenant Valeh Bərşadlı nazir təyin olunub. Həmin il oktyabrın 9-da Azərbaycan Ali Soveti “Silahlı Qüvvələrin yaradılması haqqında” qanun qəbul edib.

1992-ci il oktyabrın 9-da Silahlı Qüvvələrin Ali Baş Komandanı, prezident Əbülfəz Elçibəyin rəhbərliyi ilə Bakının Azadlıq meydanında Azərbaycanda ilk hərbi parad keçirilib.

Azərbaycan prezidenti Heydər Əliyevin 1998-ci il 22 may fərmanı ilə AXC hökumətinin ilk hərbi hissəni təsis etdiyi gün - 26 iyunAzərbaycan Silahlı Qüvvələr günü elan edilib.

2008-ci il iyunun 26-da Silahlı Qüvvələrin Ali Baş Komandanı, prezident İlham Əliyev Azərbaycanda ikinci, 2011-ci il iyunun 26-da üçüncü, 2013-cü il iyunun 26-da isə dördüncü hərbi parad olub.

Azərbaycan Silahlı Qüvvələri 1994-cü ildən NATO ilə Sülh Naminə Tərəfdaşlıq Proqramı çərçivəsində əməkdaşlıq edir.

Hər il NATO-Azərbaycan arasında olan Fərdi Tərəfdaşlıq Proqramı çərçivəsində Azərbaycan Silahlı Silahlı Qüvvələrinin 1000-dən çox şəxsi heyəti müxtəlif hərbi sahələr üzrə tədris tədbirləri və təlimlərdə iştirak edir.

1997-ci ilin yanvarında Azərbaycan sülhməramlı qüvvələri yaradılıb.

Azərbaycan sülhməramlı qüvvələri Kosovoda, İraqda beynəlxalq sülhyaratma əməliyyatlarında iştirak edib. Hazırda isə Əfqanıstanda sülhyaratma əməliyyatlarını davam etdirir.

Azərbaycan Silahlı Qüvvələrinin büdcəsi Cənubi Qafqazda ən böyük ordu büdcəsi hesb olunur. Ordunun büdcəsi 2010-cu ildə 2,7 milyard ABŞ dolları, 2011-ci ildə 3,413 milyard ABŞ dolları, 2012-ci ildə 3,474 milyard ABŞ dolları, 2013-ci ildə 3,7 milyard ABŞ dolları, 2015-ci ildə 7,5 milyard ABŞ dolları təşkil edir.

Azərbaycan prezidenti bu il Silahlı Qüvvələr Günündə deyib ki, Azərbaycan Ordusu dünyanın ən güclü ordularından biridir.

“Son illər ərzində Azərbaycan öz hərbi potensialını böyük dərəcədə artıra bilib. Azərbaycana ən müasir silah-sursat, texnika, avadanlıq gətirilir. Bu gün maddi-texniki təchizat və döyüş qabiliyyəti baxımından Azərbaycan ordusu dünya miqyasında güclü ordular sırasındadır. Bu gün əldə etdiyimiz silah və texnika bizə imkan verir ki, istənilən vəzifəni şərəflə yerinə yetirək. Bununla bərabər, təxminən 10 il əvvəl mənim qərarımla Azərbaycanda hərbi sənaye kompleksi yaradılmağa başlanılıb. Bu gün Azərbaycanda 1000-ə yaxın adda hərbi təyinatlı məhsul istehsal edilir. Bu da ordumuzun təchizatı üçün əvəzedilməzdir. Bu gün Azərbaycan həm də öz hərbi məhsullarını ixrac etməyə başlayıb. Bunun özü də ölkəmizin hərbi potensialının göstəricisidir”, prezident qeyd edib.

Xatırladaq ki, Azərbaycan Ordusu istər 1918-ci ildə, istərsə də 1991-ci ildə yaradılma prosesini ağır döyüşlər şəraitində həyata keçirib. 1918-ci ildə Milli Ordu bolşevik-daşnak qüvvələri və Qarabağda ermənilərə qarşı döyüşlər şəraitində formalaşıb. 1991-ci ildə isə yenə Dağlıq Qarabağda ermənilərlə ağır döyüşlər fonunda ordu formalaşıb. Ermənistan-Azərbaycan münaqişəsi hazırki anda, Milli Ordunun 97-ci ildönümündə də davam edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG