Senatdakı yerlər uğrundakı yarışda Trampın rolu
Donald Tramp ətrafında gedən mübahisələr prezidentlik uğrunda yarışda böyük rol oynasa da, o eyni zamanda, Konqresə hansı partiyanın nəzarət edəcəyini müəyyən edəcək seçkilərin də mərkəzindədir. Builki siyasi ab-hava demokratların Senatda əksəriyyətə malik ola biləcəyinə işarə etsə də, Trampın Senata seçilmək uğrunda mübarizə aparan respublikaçı namizədlər üçün problem yaratdığına da dəlil çox azdır.