Accessibility links

Elm

Silikon Vadisi- Fərqli mədəniyyətlər və innovasiya azadlığının birləşdiyi yer [Video]


Heyli Çu və onun qardaşı bu oyuncagı bir dəqiqə əvvəl alıb.

Roçelli Çu: “Oyuncağın üstündə heç bir təlimat yoxdur, amma onlar dərhal onunla oynamağa başladılar.”

Uşaqlar Osmo şirkətinin kodlaşdırılmış oyuncağını sınaqdan keçirir. Oyuncaq beş yaşında uşaqlara kodlaşdırma konsepsiyasının əsaslarını öyrənməyə kömək edir. Burada verilən əmrlər məntiqli şəkildə elə yerinə yetirilməlidir ki, iPad onları başa düşə bilsin.

Pramod Şarma: "Əsas ideyadır. Sənin proseslə bağlı fikirlərin nədir? Kodlaşdırmanı insanla cihaz arasında bir rabitə hesab etmək olar."

Roçelli Çu: “Çox gözəl oyuncaqdır, çünki onlara hər şeyi sadə yolla başa salır və onlar oyuncağı təcrübədən keçirib onunla qorxmadan oynaya bilirlər.”

Osmo şirkətinin həmtəsisçisi Pramod Şarma deyir ki, təcrübədən keçirməkdən qorxmamaq Silikon Vadisində star-up ənənəsinin bir hissəsidir.

Pramod Şarma: “Az resursla necə yeniliklər yarada bilmək olar? Bu, çətindir. Amma bu işin maraqlı tərəfi odur ki, sizin azadlığınız var. İstədiyiniz hər şeyi edə bilərsiniz.”

Şarma deyir ki, Osmo-nun kodlaşdırılmış oyuncağı qlobal səviyyədə marağa səbəb ola bilər. Çünki kompyuterlə ünsiyyət qurmaq dil və mədəniyyətlər arasında fərqləri aradan qaldırır. Şarmanın sözlərinə görə, onun şirkətində dünyanın hər yerindən insanların çalışmasının əsas səbəbi bununla bağlıdır.

Pramod Şarma: “Biz hər zaman fərqli mədəniyyətlərə malik insanlardan fərqli cəhətləri götürməyə çalışırıq. Bizim qurduğumuz bu cihaz uşaqlar üçün nəzərdə tutulub və uşaqlar dünyanın hər yerində nəsə öyrənmək istəyir.”

Lakin fərqlilik təkcə Şarmanın şirkəti və onların istehsal etdiyi məhsula aid deyil. Silikon Vadisində kompyuter dili və texnologiyalar fərqli mədəniyyətlərdən olan insanları birləşdirir.

Dünyanın hər yerindən mühəndislər və kompyuter alimlərini Silikon Vadisinə cəlb edən də məhz bu fərqli mədəniyyətlər və ideyalar birliyi, eləcə də innovasiya azadlığıdır.

XS
SM
MD
LG