Accessibility links

Azərbaycan təyyarəsi Honkonqda məcburi eniş edib


Silk Way avia şirkəti
Silk Way avia şirkəti

Azərbaycanın özəl “Silk Way Airlines” aviaşirkətinə məxsus “Boeing-747” yük təyyarəsi mühərriklərinin birində başlamış yanğına görə Honkonq beynəlxalq aeroportunda təcili eniş edib. Bu barədə Virtualaz.org saytı yazıb.

Məlumatda deyilir ki, insident iyulun 15-də səhər saatlarında baş verib. 7L888 reysi ilə uçan yük təyyarəsi səhər saat 6 radələrində Honkonq beynəlxalq aeroportundan havaya qalxıb.

Lakin uçuşun başlamasından 1 dəqiqə sonra təyyarənin dörd mühərrikindən birində yanğın başlayıb. Ekipaj yerli vaxtla saat 06:16-da təyyarəni aeroporta geri qaytarıb və məcburi eniş edib.

Yanğın barədə xəbərdarlıqdan sonra 14 yanğınsöndürən maşın və təcili tibbi yardım maşınları hazırlıq vəziyyətinə gətirilib. Yanğınsöndürənlər təyyarə dayanacağa çəkilənə qədər onu müşayiət edib. Yanğın qısa müddət sonra söndürülüb.

Təyyarənin 16 ildir istismarda olduğu bildirilir. Honkonqun yanğınsöndürmə departamenti insidenti təsdiqləyib. Bildirilib ki, yanğın təyyarənin göyərtəsindəki yükə təhlükə yaratmayıb.

Honkonq aeroportunun mətbuat xidməti insidentin uçuşlarda ləngiməyə səbəb olmadığını bildirib.

Honkonqun Mülki Aviasiya Departamenti də insidenti təsdiq edib.

“Yoxlama zamanı müəyyən olunub ki, təyyarənin 3 nömrəli mühərriki sıradan çıxıb və onu dəyişdirmək lazımdır. Operator bu barədə təyyarənin qeydiyyatda olduğu dövlətin hakimiyyətinə məlumat verib”- deyə departament bildirib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG