Accessibility links

Silvio Berluskoni həm senatda, həm də parlamentin aşağı palatasında etimad qazanıb


Silvio Berluskoni həm senatda, həm də parlamentin aşağı palatasında etimad qazanıb
Silvio Berluskoni həm senatda, həm də parlamentin aşağı palatasında etimad qazanıb

Aşağı palatada üç səs fərqi baş nazirə hazırkı beş illik hakimiyyət dönəmini davam etdirməyə imkan yaradır

İtaliyanın baş naziri Silvio Berluskoni həm senatda, həm də parlamentin aşağı palatasında etimad qazanıb. Aşağı palatada üç səs fərqi baş nazirə hazırkı beş illik hakimiyyət dönəmini davam etdirməyə imkan yaradıb. 74 yaşlı media milyarderi bir sıra ittihamlarla üzləşir. Bu sıraya onun müşavirlərinin çərşənbə axşamı keçiriləcək səsvermədə üstünlük qazanmaq məqsədi ilə pul bahasına dəstək almaq da daxildir. O, eyni zamanda seks və korrupsiya qalmaqalları da daxil olmaqla, bir sıra başqa ittihamlarla üzləşir. Berluskoni senatda səsverməni 162:135 nisbəti ilə udub. Aşağı palatada 314 millət vəkili baş nazirin lehinə, 311 nəfər isə əleyhinə səs verib. Cənab Berluskoninin senatda siyasi müttəfiqlərdən güclü dəstək alacağı gözlənilirdi. Aşağı palatada isə o, daha çox qeyri-müəyyənliklə üzləşirdi.

XS
SM
MD
LG