Accessibility links

Silvio Berluskoni ona qarşı ittihamları onu siyasətdən uzaqlaşdırmağa yönələn cəhd kimi qiymtələndirib

  • Amerikanın səsi

İtaliyanın baş naziri Silvio Berluskoni ona qarşı yeniyetmə fahişə ilə bağlı ittihamları onu siyasətdən uzaqlaşdırmağa yönələn cəhd kimi qiymtələndirib. Baş nazirin bu gün verdiyi bəyanatında deyilir ki, bu addım onun reputasiyasına xələl gətirmək cəhdidir. Berluskoni ittihamların şayiələr və özəl söhbətlərə əsaslandığını deyib. İtaliyanın baş naziri hüquqi sistemdən ona qarşı siyası silah kimi istifadə edildiyini bildirib. Prokurorluq Berluskoninin gənc qıza seks üçün pul ödəmək və vəzifəsindən sui-istifadə etmək ittihamı ilə istintaq altında olduğunu bildirir. 74 yaşlı Silvio Berluskoni “Ruby” ləqəbli gecə klubu rəqqasəsi ilə keçən il əlaqədə olub. Baş nazir oğurluq ittihamı ilə nəzarət altına alınan, əsl adı Kərimə El Mahruq olan qızın azad edilməsinə müdaxilə etməkdə də günahlandırılır.

XS
SM
MD
LG