Accessibility links

İtaliya məhkəməsi sabiq baş nazir Silvio Berluskoninin vergi fırıldaqçılığı ilə əlaqədar ittihamnaməsinin bir hissəsi kimi onun gələn il kilsənin idarəçiliyində olan qocalar evində yaşlılara kömək etməsi haqda qərar verib.

Cənab Berluskoni həftədə dörd saat Milan ətrafında yerləşən qocalar evində keçirməli və onların dini ibadətləri yetinə yetirə bilməsi üçün kilsəyə aparılmasına kömək etməlidir.

Sabiq baş nazir parlamentdən xaric edilib və onun yenidən seçkilərdə iştirakına qadağa qoyulub. Ancaq onun siyasi nümayişlərdə iştirak etməsinə icazə verilib.

Məhkəmə cənab Berluskonini vergidən yayınmaq ittihamı ilə dörd il həbs cəzasına məhkum etmişdi. Lakin sonradan onun həbs cəzası bir il icbari əməklə əvəz edilib.

Fırıldaqçılıq və azyaşlı fahişə ilə cinsi əlaqədə olmaqla bağlı bir neçə məhkəmə prosesindən sonra keçmiş baş nazir ilk dəfədir ki məhkum edilir.

Cənab Berluskoni İtaliyanın ən zəngin insanlarındandır və hələ də güclü siyasi fiqur olaraq qalır. O bütün ittihamların liberal siyasi düşmənləri tərəfindən irəli sürüldüyünü iddia edir.
XS
SM
MD
LG