Accessibility links

Koreyalar arasında təcili danışıqlar bərpa edilib


Şimali və Cənubi Koreya rəsmiləri yarımadada mümkün müharibənin qarşısını almaq məqsədilə bu gün günorta saatlarında marafon danışıqları bərpa ediblər.

Şənbə günü başlayan ilkin danışıqlar 10 saat sonrayadək təxirə salınmışdı.

Rəsmilər müzakirələr barədə ictimaiyyətə məlumat vermədiyi üçün danışıqlarda hər han irəliləyişin olub-olmadığı və müzakirələrin nə qədər davam edəcəyi bəlli deyil.

Bununla yanaşı, bu gün danışıqlar başladığı bir vaxt Cənubi Koreya Şimalda qoşunların və dəniz piyadalarının müəmmalı fəaliyyəti barədə məlumat verib.

Cənubi Koreya Daxili işlər Nazirliyinin verdiyi məlumata görə, Pxenyanın dəniz piyadalarının 70 faiz hərbi bazanı tərk edib və indi onların gəmiləri radarda görünmür.

Məlumatda deyilir ki, Şimal həmçinin Cənubla sərhəddə ön cəbhə mövqeyini gücləndirib.

Danışılqlar Şimali və Cənubi Koreyaların qərb sərhədlərində atışmadan sonra keçirilir.

Cənubi Koreyanın müdafiə naziri deyir ki, cümə axşamı Şimali Koreyanın Cənubi Koreyanın hərbi mövqelərinə atəş açıb. Cavab olaraq Cənubi Koreya Şimala onlarla 155 millimetrlik artilleriya güllələri atıb.

Şimal-Cənub münasibətləri Seulun Pxenyanı bu ay iki Cənubi Koreyalı əsgərin yaralanması ilə nəticələnən minaları yerləşdirməkdə ittiham etməsindən sonra daha da gərginləşib.

İlk olaraq Cənubi Koreya rəsmiləri mülki şəxslərin Yeonçeondan evakusiya olumasını əmr edib.

Daha sonra isə minanın partladığı Pacu regionu və qərbdə yerləşən Kanqua adası da evakusiya siyahısına əlavə olunub.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG