Accessibility links

Şimali Amerika liderləri Ottava sammitində anti-qloballaşmanı müzakirə edir


ABŞ, Kanada və Meksika liderləri çərşənbə günü Ottavada keçirilən Şimali Amerika liderlərinin sammitində ticarət proteksionizmi və anti-qloballaşma dalğasına qarşı çıxış edib.

ABŞ prezidenti Barak Obama, Kanadanın Baş naziri Castin Trudo və Meksika prezidenti Enrike Pena Nieto ABŞ-da və Avropada beynəlxalq ticarət sövdələşmələrinə qarşı çıxışların olduğu bir vaxt Şimali Amerika Azad Ticarət Razılaşmasına (NAFTA) dair 22 illik müqaviləyə əsasən azad ticarətin inkişaf etdirilməsi yollarını müzakirə ediblər.

Birlikdə dünya iqtisadi məhsulunun 27 faizə qədərini istehsal edən hər üç ölkənin liderləri NAFTA-nı dəstəklədiklərini bildirib.

“Biz dünyada proteksionizmin, narahatlıq və ticarət razılaşmalarından geri addım atmanın bir çox nümunələrini görmüşük. Daha sıx tərəfdaşlıq uğurlu inkişafa yol açacaq,” deyə Kanadanın Baş naziri Trudo çıxışında bildirib.

Britaniyanın Avropa İttifaqından çıxması haqda qərara yol açan əhval-ruhiyyələrin anti-qloballaşmadan qaynaqlandığına inanılır. ABŞ-da prezidentliyə respublikaçı namizəd Donald Tramp deyib ki, o, NAFTA ilə danışıqlara yenidən başlamaq və ya onu ləğv etmək istəyir. Tramp iddia edir ki, bu, ABŞ-da iş yerlərinin ixtisarına və amerikalı işçilərin əmək haqlarının azalmasına yol açıb.

XS
SM
MD
LG