Accessibility links

Cənubi və Şimali Koreyalar ailələrin birləşməsi ilə bağlı razılıq əldə edib


Ailələri ilə görüşlərdə hər ölkədən yüz nəfər iştirak edəcək

Şimali və Cənubi Koreya nümayəndələri 60 il öncə Koreya müharibəsi nəticəsində ayrılan ailələrin bir araya gətirilməsinə dair razılıq əldə edib.

Şimali Koreyanın dövlət media agentliyi bu xəbəri təsdiq edib. Razılıq bazar ertəsi başlayan və bütün gecəni sülh kəndi Panmuncomda davam edən danışıqlardan sonra əldə olunub.

Ailələri ilə görüşlərdə hər ölkədən yüz nəfər iştirak edəcək. Görüşlər oktyabrın 20-dən 26-nadək Şimali Koreyanın Mount Kumqanq kurortunda baş tutacaq. Belə bir görüş son dəfə 2014-cü ilin fevral ayında baş tutub.

1950-53-cü illərdə baş verən müharibə nəticəsində ölkə komunist Şimali Koreyaya və demokratik Cənubi Koreyaya bölünüb və nəticədə milyonlarla koreyalı ailə bir-birindən ayrılıb. Onlar ilk dəfə olaraq 2000-ci ildə tarixi Koreyalararası sammitdə bir araya gəlib.

Ailələrin birləşməsi üçün 66 min cənubi koreyalı müraciət edib, ancaq hər dəfə onlardan yalnız bir neçə yüz nəfər seçilir. Bu görüşlər əvvəllər hər il baş tuturdu, ancaq sərhəddə gərginliyin artması onların daha az keçirilməsinə səbəb olub. İştirakçıların çoxu 70-80 yaşlarındandırl və bu görüşlər onların uzun zamandır görmədikləri yaxınları ilə bir araya gəlmək üçün yeganə imkandır, çünki hər iki hökümət sərhədlərarası telefon danışıqlarını, email və məktub mübadiləsini qadağan edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG