Accessibility links

Şimali Koreya dörd balistik raket sınağı keçirib


Bazar ertəsi Şimali Koreya dörd balistik raket sınağı həyata keçirib.

Yaponiyanın baş naziri Şinzo Abe parlament sessiyası zamanı raketlərdən üçünün Yaponiyanın iqtisadi zonasına düşdüyünü deyib.

“Bu sınaqlar BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə ziddir. Biz isə buna dözə bilmərik. Biz Şimali Koreyaya güclü töhmət verdik”, deyə o bildirib.

Cənubi Koreyanın hərbi rəsmiləri deyib ki, balistik raket sınaqları Şimali Koreyanın Çinlə sərhəddə yerləşən Tonqçanq-ri regionunda həyata keçirilib.

ABŞ dövlət departamentinin sözçüsü bazar günün verdiyi bəyanatda Şimali Koreyanın bu addımını qınayıb.

Balisitk raket sınaqları Cənubi Koreya və Birləşmiş Ştatlar birgə hərbi təlimlər keçiridiyi bir vaxta təsadüf edir. Pxenyan onların işğala hazırlandıqlarını deyir. Adətən bu cür təlimlər Pxenyanın təndqid və tənbehlərinə səbəb olur.

Ötən il Şimali Koreya bir sıra qısa və uzun-mənzilli raket sınağı həyata keçirib və silahlarına nüvə döyüş başlığı yerləşdirə biləcəyini elan edib.

XS
SM
MD
LG