Accessibility links

Bu gün amerikalı bir turisti bir ay əvvəl həbs etdiyini təsdiqləyən Şimali Koreya bildirib ki, turist hətta Koreya müharibəsi dövrü etdiyi cinayətlərə və son səfəri zamanı dövlətə qarşı düşmən hərəkətlərinə görə üzr istəyib.

Şimali Koreyanın rəsmi Koreya Mərkəzi Xəbər Agentliyinin məlumatına görə, 85 yaşlı Merril Nyuman Koreya müharibəsi zamanı Şimala qarşı döyüşmək üçün təlimlər keçdiyi və hələ də həyatda olan əsgərlərlə görüşməyə cəhddə ittiham olunur.

Agentlik deyir ki, Nyuman etirafında günahsız mülki vətəndaşları öldürdüyünü və Koreya xalqına qarşı başqa cinayətlər törətdiyini bildirib.

Turist kimi Şimali Koreyaya səfər edən Nyuman oktyabrın 26-da ölkəni tərk edərkən hava limanında həbs ediləndən bəri Pxenyanda saxlanılır.
XS
SM
MD
LG