Accessibility links

Pxenyan ABŞ-ı "ən sərt ölçü" ilə hədələyir


Şimali Koreya lideri Kim Conq Un Ryomyonq yaşayış məntəqəsində. 13 aprel, 2017. Pxenyan, Şimali Koreya.

Şimali Koreya hərbi qüvvələri cümə günü ABŞ Prezidenti Donald Trampın Pxenyan “problemini həll edəcəyi”-nə dair bəyanatına reaksiya verib.

“Bizim ABŞ və onun vassal qüvvələrinə qarşı əks-tədbirimiz elə amansız olacaq ki, təcavüzkarlar sağ qurtulmayacaq,” deyə Koreya Xalq Ordusunun Baş Qərargah sözçüsü bəyan edib.

Bizim ABŞ və onun vasssal qüvvələrinə qarşı əks-tədbirimiz elə amansız hal alacaq ki, təcavüzkarlar sağ qurtulmayacaq.

“Hazırkı ağır durumda Birləşmiş Ştatlar özünə gəlməlidir və problemin həlli üçün düzgün seçim etməlidir,” bəyanatda deyilir.

ABŞ Prezidenti Donald Tramp Şimali Koreyadan qaynaqlanan nüvə təhlükəsini həll etmək barədə hədəsini yenidən səsləndirib. Qarşıdan gələn həftəsonu Pxenyanın yeni nüvə sınağı keçirəcəyinə dair məlumatlar dolaşdığı vaxt, kommunist hökumət Trampın bəyanatlarına sərt cavabla çıxış etməkdədir.

“Əgər ABŞ ehtiyatsız hərbi manevrlərlə gəlsə, onda biz onu KDXR-in önləyici zərbələri ilə qarşılayacağıq,” rəsmi Pxenyan bildirib.

Han Sonq Ryol, Şimali Koryeanın vitse xarici işlər naziri

Han Sonq Ryol, Şimali Koryeanın vitse xarici işlər naziri

Şimali Koreyanın vitse xarici işlər naziri Han Sonq Ryol Şimali Koreyaya “Koreya Demokratik Xalq Respublikası” kimi istinad edib.

“Bizi əlimizdə qüdrətli çəlkindirici nüvə silahı var. Və biz dəqiq ABŞ-ın önləyici zərbəsi qarşısında qolumuzu qolumuzun üstünə qoyub oturmayacağıq,” Han Associated Press agentliyinə müsahibədə bildirib.

Cümə axşamı Prezident Tramp Şimali Koreyanın kommunist dövlətin banisi Kim İl Sunqun ad gününün şərəfində yeraltı nücə cihazı partladacağına dair bəyanat vermişdi.

ABŞ Hərbi Donanmasına məxsus USS Wayne E. Meyer minanosu Cənubi Çin dənizindən keçir. 11 aprel, 2017.

ABŞ Hərbi Donanmasına məxsus USS Wayne E. Meyer minanosu Cənubi Çin dənizindən keçir. 11 aprel, 2017.

“Şimali Koreya problemdir," Tramp Ağ Evdə bəyan edib. “Problem həll ediləcək.”

Müsahibədə Han ABŞ liderini Koreya yarımadasında gərginliyi artırmaqda ittiham edib. O, Prezident Trampın “aqressiv” tivtlərinin “problem” yaratdığını deyib. Onun sözlərinə görə situasiya hazırda eskalasiya xətti üzrə inkişaf edir.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG