Accessibility links

BMT baş katibinin Şimali Koreyaya səfəri təxirə salınıb


Şimali Koreya BMT Baş katibi Ban Ki Munun ölkəyə səfərini təxirə salıb.

Cənab Ban Cənubi Koreyada səfərdədir. O, Seulda mətbuat konfransında bildirib ki, Şimali Koreya rəsmiləri qərarı diplomatik kanallar vasitəsi ilə çatdırıb.

BMT baş katibi cümə axşamı günü Şimali və Cənubi Koreyaların sərhəddində yerləşən Kaesonq sənaye kompleksini ziyarət etməyi planlaşdırırdı.

Cənab Banın hər iki tərəfin birgə fəaliyyət göstərən kompleksə planlaşdırılmış səfəri 20 il ərzində BMT baş katibinin ilk səfəri olacaqdı.

Çərşənbə axşamı günü səfər barədə xəbər verən cənab Ban zavodu hər iki Koreya üçün qalibiyyət modeli adlandırıb.

Şimali Koreyaya sonuncu dəfə beynəlxalq səviyyədə səfər 1993-cü ildə o zaman BMT Baş katibi olan Butros Butros-Qali tərəfindən edilmişdi.

Cənubi Koreyanın Unifikasiya naziri Pxenyanın səfəri təxirə salmasını təəssüf doğuran bir hal adlandırıb.

XS
SM
MD
LG