Accessibility links

Cənubi Koreyanın Milli Kəşfiyyat Xidmətinin verdiyi məlumata əsasən Şimali Koreya lideri Kim Conq Un hərbi tədbir zamanı yuxuya gedən müdafiə nazirini edam edib.

Milli Kəşfiyyat Xidmətinin rəhbərinin müavini deyib ki, Hyon Yonq Çol aprelin 30-u yüzlərlə dövlət rəsmisinin gözü önündə təyyarəyə qarşı istifadə edilən silahdan atəş açılaraq öldürülüb.

Cənab Kim baş verən hər hansı kiçik bir hadisəyə tolerant davranmayan lider kimi tanınır. O bu il ərzində hakimiyyətinə təhlükə ehtimalı ilə 15 yüksək səviyyəli dövlət rəsmisini edam edib. Cənab Kim 2013-cü ildə sədaqətsizlikdə ittiham etdiyi əmisini öldürmüşdü.

Cənubi Koreyanın Yonhap xəbər agentliyi bildirib ki, Kim bir ildən az müddət əvvəl vəzifəyə gələn Hyonun əvvəlki tədbirlərdə də ona qarşı hörmətsiz davrandığını hesab edib.

Müdafiə naziri ölkədə əsasən hərbi təchizat və beynalxalq mübadilələr sahəsinə nəzarət edir.

Qanunlar qəbul etmək isə Milli Müdafiə Kommissiyası və Mərkəzi Hərbi Kommissiya tərəfindən həyata keçirilir.

Hadisə ilə bağlı Şimali Koreyada heç bir məlumat yayılmayıb.

XS
SM
MD
LG