Accessibility links

Şimali Koreya şərq sahillərinə ballistik raket yerləşdirib


Şimali Koreyanın ballistik raketi şərq sahilində yerləşdirdiyi bildirilir. Lakin Yaponiya hökumətindən adının açıqlanmasını istəməyən rəsmisinin bildirdiyinə görə, raketin sınaqdan keçirildiyinə dair hələlik heç bir işarə yoxdur.

Raketin Şimali Koreyanın aprel ayında üç dəfə sınaqdan keçirdiyi orta mənzilli Musudan raketilə eyni olduğu təxmin edilir. Bu sınaqlar və eləcə də may ayında başqa bir sınaq uğursuzluqla nəticələnmişdi.

3000 km.-lə 4000 km. arasında məsafə qət edə bilmək qabiliyyətinə malik olduğu raketin atıldıqda Yaponya, Çin və Quama çata biləcəyi bildirilir..

Yaponya hərbi qüvvələri raketin atıla bilmə ehtimalını nəzərə alaraq hazır vəziyyətə gətirilib. Yaponiya hökumətində bir mənbəyə əsasən, hərbi dəniz qüvvələri və Patriot raketlərdən müdafiə sisteminin Yaponiya istiqamətində hərəkət edən hər hansı bir raketi vurması haqda göstəriş verilib.

BMT-nin Təhlükəsizlik Şurası Şimali Koreyanın nüvə silahı və ballistik raket texnologiyaları inkişaf etdirməsinə qadağa qoyub.

Şimali Koreyanın əsas müttəfiqi olan Çin prezident Kim Conq Un hökumətini beynəlxalq danışıqlara qayıtmağa və iqtisadi və təhlükəsizlik qarantiyaları müqabilində nüvə proqramına son qoymağa çağırıb.

XS
SM
MD
LG