Accessibility links

İnsan Haqları Komitəsinin açıqladığı hesabatda mövcud casus şəbəkəsinin mahiyyəti təhlil olunub

Vaşinqtonda yerləşən insan haqları təşkilatı bildirir ki, Şimali Koreyanın gənc lideri Kim Cong Unun hakimiyyəti əlində cəmləşdirdikcə, kommunist dövlətinin daxili təhlükəsizlik xidmətinin geniş şəbəkəsi hər növ potensial islahat səylərinə qarşı əsas maneə təşkil edir.

Şimali Koreyada İnsan Haqlarına dair Komitənin hesabatı avtoritar ölkənin üç əsas təhlükəsizlik qurumlarları – Dövlət Təhlükəsizlik İdarəsi, İctimai Təhlükəsizlik Nazirliyi və Hərbi Təhlükəsizlik Komandanlığının daxili iş sistemini araşdırıb.

Hesabatın müəllifi Şimali Koreya rəhbərliyi üzrə ekspert Ken Qaus deyir: “Şimali Koreyanın dağılacağı, inkişaf edəcəyi ya da sürünməkdə davam edəcəyini əsasən bu aparatın mövcudluğu müəyyən edəcək.”

Hesabat bu güclü təşkilatların Kim Conq Una hakimiyyəti ələ almasında necə prinsipial rol oynadığını detalları ilə açıqlayır. Onların tez-tez bir birininin işinə məxfi nəzarət edərək kənar qüvvələrin daxildə kök salmasını əngəlləyirlər.

Onlar həmçinin daimi nəzarətə, casus şəbəkəsinə və ötən əsr boyu çox az sayda xalqların üzləşdiyi zülm aparatını təmsil edən həbs düşərgələrinə arxalanırlar.

Hesabat Kim sülaləsinin üçüncü üzvü, atasının ölümündən sonar hakimiyyətə gələn Kim Cong Unun “marşal” rütbəsi alması elan olunduqdan sonra yayımlanıb. Bu hadisə ordu komandanı Ri Yong Honun üç gün öncə bütün hərbi və siyasi vəzifələrindən məhrum edilməsindən sonra baş verib. General Honun vəzifədən azad edilməsi ölkədə siyasi dəyişikliklərlə bağlı bir sıra spekulyasiyalara yol açıb.
XS
SM
MD
LG