Accessibility links

Şimali Koreyada yeni vitse-marşal


Gənc Kim Conq Un hakimiyyətə gəldikdən bəri ordu rəhbərliyində dəyişikliklər olunur

Şimali Koreya ölkənin hərbi rəhbərliyində təşkilatlanmanı davam etdirərək vitse-marşal vəzifəsinə yeni şəxs təyin edib.

Dövlət televiziyasının bildirdiyinə görə Əməkçi Partiyasının Mərkəzi Hərbi Kommisiyası və Milli Müdafiə Kommisiyası bu vazifəyə Hyon Yong Çolu təyin edib.

Hyon haqda məlumat azdır. Belə ki, o 2010-cu ilin sentyabr ayında general rütbəsinə yüksəlib.

Onun təyinatından öncə ölkənin ən yüksək hərbi fiqurlarından biri, 2009-cu ildən orduya rəhbərlik edən və lider Kim Cong İlin məsləhətçisi kimi çalışmış Ri Yong Honun vəzifədən azad olunması boyük təəccüb doğurmuşdu. Rəsmi Pxenyanın bildirdiyinə görə Ri səhəttində yaranan problemlə əlaqədar bütün vəzifələrindən azad olunub.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG