Accessibility links

Cənubi Koreya bildirir ki, Şimali Koreyada yüksək idarəçilikdə qeyri-sabitlik müşahidə ediləndən sonra ölkənin nüvə sınağı və ya raket sınağı keçirməsi mümkün görünmür.

Ancaq Yunifikasiya naziri Ryu Kilje qanunvericilərə deyib ki, Seul dördüncü nüvə sınağını keçirməyə hazırlaşdığı ehtimal olunan Şimali Koreyanı yaxından izləyir.

Keçən həftə Şimali Koreyada lider Kim Conq Unun bibisinin həyat yoldaşı Canq Sonq Taek edam olunmuşdu. O, hökuməti devirməkdə və bir neçə başqa maddə ilə ittiham olunurdu.

Canq Sonq Taek Kimdən sonra ikinci şəxs və həm də 2011-ci ildə atası, Kim Conq İl vəfat edəndən sonra onun mentoru kimi tanınırdı.
XS
SM
MD
LG