Accessibility links

Şimali və Cənubi Koreya nazirlərinin görüşünə hazırlıq gedir


Şimali və Cənubi Koreyadan nümayəndə heyəti barışıq kəndi olan Panmunconda hazırlıq danışıqları keçirib. Danışıqlar gələn həftənin çərşənəb günü Seulda keçiriləcək nazirlərin görüşünə hazırlıq məqsədi daşıyıb.

Bu gün səhər saatlarında 45 dəqiqə davam edən görüş günorta keçiriləcək dhazırlıq danışıqlarınadək təxirə salınıb.

Cənubi oreya Yunifikasiya Nazirliyinin sözçüsü Kim Hyun-Seok jurnalistlərə deyib ki, səhərki toplantının ümumi atmosferi sakit olub və müzakirələr ciddi bir debat olmadan başa çatıb.

Cənubi Koreyanın bir rəsmisi bildirib ki, bu gün baş tutan toplantıda gələn həftə müzakirə olunacaq məsələlərə aydınlıq gətirilib.
XS
SM
MD
LG