Accessibility links

Simin Səbri: Seçkilərdən sonrakı şənliklərə məna verə bilmirəm [Audio]


Simin Sabri

Simin Sabri


Norveçdə yaşayan azərbaycanlı psixiatr və Güney Azərbaycan Milli Demokratik Birliyi təşkilatının sözcüsü Amerikanın Səsi ilə müsahibədə İranda iyunun 14-də keçirilən seçkilər, din xadimi Həsən Ruhaninin ölkənin yeni prezidenti seçilməsi, eləcə də seçkilərdən sonra ölkədə yaranmış xoş əhval-ruhiyyəsi ilə bağlı öz fikirlərini bölüşüb.



İyunun 14-ü prezident seçkilərini İran İslam Respublikasının təşkil etdiyi “siyasi manevr” kimi təsvir edən Simin Səbri İranda heç zaman demokratik seçkilərin keçirilmədiyini vurğulayıb. Onun fikrincə İran, Çin və Şimali Koreya kimi qeyri-demokratik ölkələrdə demokratik seçkilərin keçirilməsi mümkün deyil.

Bəzi siyasi ekspertlərin fikrincə, islahatçı qruplar tərəfindən dəstəklənən və mötədil bir siyasətçi kimi tanınan Həsən Ruhaniyə səs verməklə, İran xalqı əslində İranın ali ruhani lideri Xameneyiyə yox demək istəyib. Həmin seçimləri İran rəhbərinin siyasi oyunu kimi qiymətləndirən Xanım Səbri bu fikirlə razılaşmır. “Həsən Ruhani millətə qarşı bir çox terror fəaliyyətlərində iştirak edib. Onun keçmişi çox qorxuncdur,”-deyə, o əlavə edib.

“Ruhaninin prezident seçilməsi üzündən ortaya çıxan şənliklərə məna verə bilmirəm,”-deyən Güney Azərbaycan Milli Demokratik Birliyi təşkilatının sözcüsü yeni prezidentin İran İslam Respublikasını qarşılaşdığı daxili və xarici böhranlardan qurtarmağa çalışacağına inanır.
XS
SM
MD
LG