Accessibility links

Şimali Koreyanın ən son sualtı balistik raket sınağı ordunun ABŞ ərazisi və ya dünyadakı hər hansı başqa bir hədəfə qarşı nüvə hücumu həyata keçirmək imkanına sahib olduğunu göstərdi.

Çərşənbə günü səhər erkən saatlarda sahilyanı Sinpo şəhəri yaxınlığından atılan raket 500 kilometrlik məsafəni qət edərək Yaponiyanın hava müdafiə identifikasiya zonasına daxil olan dənizə düşüb.

Raket atıldıqdan bir neçə saat sonra Çin, Yaponiya və Cənubi Koreyanın xarici işlər naziləri Tokioda üçtərəfli görüş keçirib. Yaponiya və Cənubi Koreya Pxenyanın əməlləriini şiddətlə qınayıb.

Şimali Koreya sualtı raket imkanları inkişafının erkən mərhələlərindədir.

Bundan öncə Pxenyanın apreldə həyata keçirdiyi ən son sualtı raket sınağı zamanı raket dənizə düşmədən öncə havada 30 kilomtr məsafə qət etmişdi.

Şimali Koreyanın davamlı və təkrarlanan balistik raket sınaqları Birləşmiş Millətlər Təşkilatının ölkənin sınaqları inkişaf etdriməsi və balistik raket texnologiyasını qadağan edən qətnaməyə ziddir.

Mart ayında Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası bu ilin əvvəli dördüncü nüvə və uzunmənzilli raket sınağı həyata keçirdiyi üçün Şimali Koreyaya qarşı sərt sanksiyalar tətbiq edib.

XS
SM
MD
LG