Accessibility links

Sincan vilayətində baş verən qarşıdurma zamanı 14 nəfərin öldürüldüyü bildirilir


Sincan vilayətində baş verən qarşıdurma zamanı 14 nəfərin öldürüldüyü bildirilir

Sincan vilayətində baş verən qarşıdurma zamanı 14 nəfərin öldürüldüyü bildirilir

Çin polisinin bildirdyinə görə, bu həftə etiraz aksiyaları zamanı Sincan vilayətinin qərbində polis məntəqəsini ələ keçirən və adamları girov götürən uyğurlarla qarşıdurma zamanı 14 nəfər öldürülüb. Rəsmilərin bazar ertəsi baş verən insident zamanı iki təhlükəsizlik işçisinin, iki girovun öldüyünü elan etmələrinə baxmayaraq, bu gün ölənlərin sayının daha çox olduğu barədə məlumat verilib.

Mühacir uyğur qrupunun Cenevrədəki baş qərargahının xəbərində isə polisin 20 nəfər etirazçını qətlə yetirdiyi bildirlir. Qrup Çin rəsmilərinin dediklərinə skeptisizmlə yanaşmağı tövsiyə edir.

Çinin rəsmi Sinhua xəbər agentliyinin məlumatında deylir ki, müxbirlərə Hotan şəhərində yandırılmış və dağıdılmış polis məntəqələrinə getməyə icazə verilib.

XS
SM
MD
LG