Accessibility links

“Sing for democracy” kampaniyası Eurovision iştirakçılarının Azərbaycanda insan hüquqlarına yardım etməsini istəyir


“Sing for democracy” kampaniyası Eurovision iştirakçılarının Azərbaycanda insan hüquqlarına yardım etməsini istəyir

“Sing for democracy” kampaniyası Eurovision iştirakçılarının Azərbaycanda insan hüquqlarına yardım etməsini istəyir

Kampaniya üzvləri ölkədə 60 siyasi məhbus və həbs edilmiş jurnalistin olduğunu bildirir. 60 min vətəndaşın əmlak hüququ pozulub.

“Eurovision-2012” ərəfəsində siyasi məhbusların və vicdan məhbuslarının azad edilməsi uğrunda mübarizə aparan “Sing for democracy” (Demokratiya üçün oxu) kampaniyasının iştirakçıları mahnı müsabiqəsinin icraçılarına müraciət edib.
Sənəddə Bakıda keçiriləcək mahnı müsabiqəsinin iştirakçılarından Azərbaycanda insan hüquqları sahəsində vəziyyətin yaxşılaşmasına yardım etmələri xahiş olunur. “Ölkədə 60 siyasi məhbus və həbs edilmiş jurnalistlər var. 60 min vətəndaşın əmlak hüquqları pozulub. Sadalanan məsələləri təkcə biz deyil, beynəlxalq təşkilatlar və Avropa mətbuatı da qaldırır”.
Hüquq müdafiəçisi Leyla Yunus bildirib ki, Azərbaycan vətəndaş cəmiyyəti ilə həmrəylik haqqında müraciətin mətni hər bir müsabiqə iştirakçısına göndəriləcək. “Onlardan müraciəti imzalayaraq prezident İlham Əliyevin adına, habelə “Sing for democracy”nin təşkilat komitəsinə göndərmələri xahiş olunur”.
Eurovision-2012 mahnı müsabiqəsi mayın sonlarında Bakıda keçiriləcək. Avropanın 43 ölkəsi mahnı müsabiqəsində iştirakını təsdiq edib.

Öz növbəsində, Azərbaycan hakimiyyəti mahnı müsabiqəsindən siyasi məqsədlərlə istifadənin yolverilməz olduğunu bildirib. “Eurovision” müsabiqəsi siyasiləşdirilərək ayrı-ayrı təşkilatların, qrupların siyasi və digər maraqlarını təmin etmək istiqamətində istifadə olunur”, - deyə Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov qeyd edib.

Mövzuya uyğun

XS
SM
MD
LG